• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

    13

    yan

    BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.


    Bu barədə Ekologiya.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, yanvarın 15-dən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcəklər.


    Qeyd edilib ki, əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üçün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.


    Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.

    Tarix : 13-01-2025, 20:35 | Oxunub: 1 232