• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın iqtisadi artım proqnozu açıqlandı

    18

    yan

    Azərbaycanın iqtisadi artım proqnozu açıqlandı

    “Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

    Ekologiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.

    “Fitch” qeyd edib ki, Qarabağın bərpasının müsbət təsiri və neft hasilatının azalmasının ləngiməsi səbəbindən 2024-cü ildə iqtisadi artım 4.1%-ə kimi yüksəlib.

    Reytinq agentliyi 2025-ci ildə ölkə iqtisadi artımın 3% və 2026-cı ildə isə 2.4% təşkil edəcəyini proqnozlaşdırıb. Bu artım yenə də əsasən dövlət investisiyası hesabına baş verəcək.

    “Neft sektorunun çəkisi əvvəlki illərə nisbətən azalacaqdır, çünki yeni neft hasilatı azalmanın sürətini yavaşıda bilər və təbii qaz hasilatı yüksək olacaqdır. İqtisadi diversifikasiyaya doğru irəliləyiş dövlətin böyük iştirakı, əlverişli maliyyələşmə imkanlarının məhdudluğu, idarəetmə problemləri və aşağı qeyri-enerji xarici investisiyaları ilə məhdudlaşdırılır”- reytinq agentliyi əlavə edib.

    Tarix : 18-01-2025, 10:35 | Oxunub: 1 064