• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda yumurta QƏHƏTƏ ÇƏKİLDİ - Kəskin BAHALAŞACAQ

    20

    yan

    Bakıda yumurta QƏHƏTƏ ÇƏKİLDİ - Kəskin BAHALAŞACAQ

    Artıq iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşanır.

    Ekologiya.az xəbər verir ki, cəmisi iki gün əvvəl 7-8 qəpiyə, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılan yumurta qəhətə çəkilib.

    Bununla bağlı müxtəlif şayiələr yayılır. Bildirilir ki, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar.

    İndi isə iki gündür marketlərə yumurta gətirilmir. Süni yaradılan böhranın məqsədi isə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurtanın qiyməti 20 qəpiyə qədər bahalaşacaq.

    Tarix : 20-01-2025, 15:02 | Oxunub: 3 464