• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda ölən var

    25

    yan

    Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda ölən var

    Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

    Ekologiya.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.
    Hərəkətdə olan "Niva" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.

    Nəticədə "VAZ 2106" markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 28 yaşlı R.Allahverdiyev, "NİVA"nın sürücüsü Z.Cabbarov, sərnişini 53 yaşlı E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.
    29 yaşlı E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Araşdırma aparılır.

    Tarix : 25-01-2025, 12:50 | Oxunub: 936