• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Göygöldə tələbələr qəzaya düşdü, ölən və yaralananlar var

    25

    okt

    Göygöldə tələbələr qəzaya düşdü, ölən və yaralananlar var

    Göygöldə ölümlə nəticələnən qəza olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Ekologiya.az-a verilən xəbərə görə, "VAZ-21015" markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub.

    Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar. 18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən ölüb.

    Araşdırma aparılır.

    Lent.az-ın əldə etdiyi məlumata görə, sərnişinlər Gəncə şəhərindəki universitetlərin birində təhsil alan tələbələr olublar.

    Ekologiya.az

    Tarix : 25-10-2024, 11:27 | Oxunub: 1 536