• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qoruqları İdarəetmə Mərkəzi sığortaçı seçir

    27

    yan

    Qoruqları İdarəetmə Mərkəzi sığortaçı seçir

    Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi balansındakı 7 ədəd xidməti minik avtomobilinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib.

    Ekologiya.az xəbər verir ki, sorğuda iştirak haqqı 17,5 manatdır.

    İddiaçılar təkliflərini fevralın 12-nə qədər Mərkəzin yerləşdiyi Bakı Şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 90A ünvanına təqdim edə bilərlər.

    Təkliflərə fevralın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

    Tarix : 27-01-2025, 15:51 | Oxunub: 1 464