• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

    14

    fev

    Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

    Ekologiya.az xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

    İddiaçılar təkliflərini fevralın 28-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

    Təkliflərə fevralın 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

    Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 4 350 manat ödənilib.

    Tarix : 14-02-2025, 19:36 | Oxunub: 1 368