• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Azəryaşlandşaft” auditor seçir

    31

    yan

    “Azəryaşlandşaft” auditor seçir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft” ASC) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

    “Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 16 manat təşkil edir.

    Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 17-si, saat 11:00-a qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nobel prospekti, 61 ünvanına təqdim edə bilərlər.

    Təkliflərə eyni gündə, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

    Xatırladaq ki, “Azəryaşlandşaft”ın 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi "Professional Financial Experts" MMC olub. Bu xidmətlərə görə şirkətə 2,788 min manat ödəniləcək.

    Tarix : 31-01-2025, 16:16 | Oxunub: 1 688