XƏBƏRLƏR
SON DƏQİQƏ
Türkiyənin Malatya vilayətində yenidən güclü zəlzələ baş verdi
27 dekabr 2023
16:22
3 884 baxış
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub. Ekologiya.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 9.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.