• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rayonlarda 12 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

    03

    fev

    Rayonlarda 12 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

    Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 9:00-a olan məlumatında qeyd olunub.

    Bildirilib ki, Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 3-02-2025, 11:25 | Oxunub: 2 144