• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN TƏCİLİ MƏLUMAT YAYDI - Sərhədyanı rayonlarda...

    03

    fev

    DİN TƏCİLİ MƏLUMAT YAYDI - Sərhədyanı rayonlarda...

    İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.

    Ekologiya.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən "Referans"a bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.

    Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır.  

    Tarix : 3-02-2025, 21:25 | Oxunub: 2 088