• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

    05

    fev

    Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

    Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.

     

    Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

     

    Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

     

    Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

     

    Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

    Tarix : 5-02-2025, 16:25 | Oxunub: 816