• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gələn ayın yarısından çoxu qeyri-iş günləri olacaq - TƏQVİM

    04

    fev

    Gələn ayın yarısından çoxu qeyri-iş günləri olacaq - TƏQVİM

    Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub.

    Ekologiya.az xəbər verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.

    Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

    Qeyd edək ki, bundan əlavə 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür.

    Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.

    Tarix : 4-02-2024, 17:20 | Oxunub: 2 138