• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

    06

    fev

    Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.


    Aparılan profilaktik tədbirlər nəticəsində isə 10 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

    Tarix : 6-02-2025, 19:44 | Oxunub: 1 576