Hacıqabulda 3,1 maqnitudada zəlzələ olub.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Təbiət hadisəsi Bakı vaxtı ilə 18:31-də Şirvan stansiyasından 20 km şimalda qeydə alınıb.

Yeraltı təkanların ocağı 38 km dərinlikdə olub. Ekologiya.az