• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzər dənizinin Novxanı sahilləri tullantılardan təmizlənib

    01

    okt

    Xəzər dənizinin Novxanı sahilləri tullantılardan təmizlənib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən may ayının 20-sindən başladılan “Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti təmizlik aksiyası keçirilib.

    “Xəzər həftəsi”nə təsadüf edən bu aksiya çərçivəsində “L’occitane Azərbaycan” şirkətinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahillərindən 800 kiloqrama yaxın tullantı təmizlənib.

    Mövsümboyu keçirilən təmizlik aksiyalarının məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ətraf mühitə həssas münasibət göstərilməsinə nail olmaqdır.

    Tarix : 1-10-2023, 04:58 | Oxunub: 345