• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı təmizlik aksiyası keçirilib

    23

    sen

    “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı təmizlik aksiyası keçirilib

    Sentyabrın 20-də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı təmizlik aksiyası təşkil olunub.

    Xəzər dənizinin Bilgəh sahilində keçirilən aksiya çərçivəsində yüzlərlə könüllünün iştirakı ilə 3,5 hektar sahə tullantılardan təmizlənib.

    “Xəzəri qoruyaq!” təmizlik aksiyasının keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

    Tarix : 23-09-2025, 19:15 | Oxunub: 1 688