Xəzər dənizinin Hövsan sahili tullantılardan təmizlənib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən “Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti təmizlik aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, aksiya çərçivəsində “MİR” Dövlətlərarası Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilindən 600 kiloqrama yaxın tullantı təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsinin məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ətraf mühitə həssas münasibət göstərilməsinə nail olmaqdır.
![]()
![]()
![]()
![]()
![]()
![]()