• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzərin Sumqayıt sahili tullantılardan təmizlənib - FOTO

    02

    sen

    Xəzərin Sumqayıt sahili tullantılardan təmizlənib - FOTO

    “Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyası Xəzərin Sumqayıt sahilində təşkil olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən iməcilik zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələrinin, "Ecologistika"MMC-nin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Xəzərin Sumqayıt sahili 300 kiloqramdan artıq tullantıdan təmizlənib.

    Hər həftə təşkil olunan təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq, ictimaiyyəti ekoloji fəaliyyətlərə cəlb edərək onların ətraf mühitə olan münasibətini formalaşdırmaqdır.




    Tarix : 2-09-2025, 21:09 | Oxunub: 1 744