• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağsuda "Təmiz hava aylığı" çərçivəsində 20-yə yaxın sürücü cərimələnib

    26

    okt

    Ağsuda "Təmiz hava aylığı" çərçivəsində 20-yə yaxın sürücü cərimələnib

    Ağsuda "Təmiz hava aylığı" çərçivəsində reyd keçirilib.

    Ekologiya.az xəbər verir ki, reyd zamanı qaydaları pozan 20-yə yaxın sürücü cərimələnib.

    Reyd Ağsu rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə birlikdə rayonda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həyata keçirilib.
    Reydləri keçirməkdə əsas məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən ibarətdir.
    Daxili İşlər Nazirliyi və ETSN-nin birgə tədbirlər planının icrası ilə əlaqədar oktyabr ayının 10-dan başlayan reydlər noyabr ayının 10-a qədər davam edəcək.

    Tarix : 26-10-2023, 10:03 | Oxunub: 375