• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb

    26

    apr

    COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı Berlində İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib.

    Musavat.com xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

    “XV Petersberq İqlim Dialoqunun ikinci günündə COP29-un rəhbər heyəti Bakıda keçiriləcək tədbirin planlarını müzakirə etmək üçün İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib”, - paylaşımda qeyd edilib.

    Tarix : 26-04-2024, 16:27 | Oxunub: 87