• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilib

    29

    okt

    Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilib

    Ekologiya.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payız əkin mövsümündə təşkil etdiyi ağacəkmə tədbiri bu gün Dövlət Gömrük Komitəsinin, Hesablama Palatasının, Qarabağ Dirçəliş Fondunun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilib.

    Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı 2 hektar ərazidə 1000-dən artıq Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. 

    Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirməkdir.

    Tarix : 29-10-2023, 11:04 | Oxunub: 396