• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “ASAN xidmət”in “YAŞAT” Fondundan “Hər fidan bir xatirə” sosial təşəbbüsü

    04

    noy

    “ASAN xidmət”in “YAŞAT” Fondundan “Hər fidan bir xatirə” sosial təşəbbüsü

    Noyabrın 4-də “ASAN xidmət”in “YAŞAT” Fondunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ağacəkmə aksiyası reallaşdırılıb. 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir “Hər fidan bir xatirə” devizi altında keçirilib.

    Aksiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, “ASAN xidmət”in şəhid ailə üzvləri və müharibə iştirakçıları olan əməkdaşları, eyni zamanda ASAN könüllüləri qoşulublar.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ekologiya.az-a bildirilib ki, sosial təşəbbüs çərçivəsində Müşfiqabad qəsəbəsində 1000 ədəd şam və zeytun ağacı əkilib.

    Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

    Aksiyanın tərəfdaşları - “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzi, “ASAN Könüllüləri” Təşkilatı

    Tarix : 4-11-2023, 14:49 | Oxunub: 288