• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gədəbəydə yanğın hadisəsi: "Yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür" - RƏSMİ

    13

    noy

    Gədəbəydə yanğın hadisəsi: "Yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür" - RƏSMİ

    Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. 

    Ekologiya.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib. 

    "Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür".

    Tarix : 13-11-2023, 16:21 | Oxunub: 1 086