Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı, Zaqatala, Qax və Quba rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin İsmayıllı rayonu Kəlfərəc kənd sakini Rəfail Rəsulov, Zaqatala rayonu Üçüncü Tala kənd sakini Abdulxaliq Xalıqov, Qax rayonu Fıstıqlı kənd sakini Rahib Fərhadov, Quba rayonu Rustov kənd sakini Şahlar Əlixanov, Yenikənd kənd sakinləri İlham Hüseynov və Məmmədağa Hüseynov olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.