Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı, Qusar və Qax rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.

Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin İsmayıllı rayonu Mücü kənd sakini Şəfaqət İsmayılov, Qusar şəhər sakini Emil Babayev, Qax rayonu Fıstıqlı kənd sakini Rahib Fərhadov və Şıxlar kənd sakini Turan İsayev olduğu müəyyən edilib.

Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.