• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstirahət günlərini vətəndaşlar Azərbaycanın milli parklarında qeyd ediblər/FOTO

    25

    mar

    İstirahət günlərini vətəndaşlar Azərbaycanın milli parklarında qeyd ediblər/FOTO

    Milli parkların geniş və təbii əraziləri, təmiz havası və əyləncəli bayram tədbirləri Novruz bayramını təbiət qoynunda yaşamaq istəyənlər üçün əvəzolunmaz bir fürsət təqdim edib. 

    Ailə və dostları ilə birlikdə təbiət qoynunda dincəlmək istəyən vətəndaşlar, ekskursiyaya gələn şagirdlər Şahdağ Milli Parkının İsmayıllı, Qəbələ-Oğuz bölmələrini, Samur-Yalama, Ağgöl, Göygöl milli parklarını ziyarət edərək müxtəlif növ əyləncəli və musiqili tədbirlərdə iştirak edib, unikal ekosistemə malik təbiət ərazilərində dincəliblər.

    Milli parklarda təşkil olunan bu cür bayram şənlikləri təbiətin gözəlliyini hiss edərək xalqın adət-ənənələrini yaşamağa şərait yaradır, ekoloji şüurun və təbiətə sevginin artırılmasına töhfə verir. 

    Qeyd edək ki, Azərbaycanın milli parklarında keçirilən Novruz şənlikləri həm yerli əhali, həm də turistlər üçün bayram günlərinin sonunadək davam edəcək. Ekologiya.az


    Tarix : 25-03-2025, 16:12 | Oxunub: 1 432