• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

    08

    may

    Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

    Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib. 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

    Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.

    "Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi", - deyə Aqil Rzayev bildirib.

    Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

    Tarix : 8-05-2025, 13:22 | Oxunub: 1 440