• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Məhşur futbolçunu qəfil ildırım vurub öldürdü

    13

    dek

    Məhşur futbolçunu qəfil ildırım vurub öldürdü

    Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib.

    "Report" xəbər verir ki, bu barədə Braziliyanın "Globo" portalı məlumat yayıb.

    Hadisə Parana ştatında həvəskarlar arasında regional kubok matçı zamanı baş verib. Bildirilib ki, daha 6 futbolçu xəsarət alıb.

    Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib.

    Tarix : 13-12-2023, 09:55 | Oxunub: 3 310