Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad olunub.
