• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yasamalda sakinləri ölümlə üz-üzə gətirən təhlükəli vəziyyət/VİDEO

    16

    may

    Yasamalda sakinləri ölümlə üz-üzə gətirən təhlükəli vəziyyət/VİDEO

    Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasının çox yaxınlığından, həmçinin ərazidəki marketin içərisindən qaz xətti keçir.

     

    Mövcud vəziyyət sakinlərin ciddi narahatlığına səbəb olub. Onların sözlərinə görə, tikinti işlərini aparan şəxsə dəfələrlə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymur.

    "Sözügedən tikilidən narazıyıq. Çünki qaz xəttinin üzərində inşa edilib. Əgər qaz sızması baş versə, bu, ağır fəsadlara yol aça bilər", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.

    Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, qaz borusunun istiqamətinin dəyişdirilməsi barədə mənzilin sahibi ilə danışıqlar aparılıb. Yaxın müddət ərzində qaz təminatı müvəqqəti dayandırılaraq qaz borusu tikilinin içərisindən çıxarılacaq.

    Ətraflı Baku TV-nin süjetində:

    Tarix : 16-05-2025, 13:11 | Oxunub: 2 144