• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI

    04

    iyn

    Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI

    Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

    Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
    4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
    5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
    6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
    7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

    Tarix : 4-06-2025, 09:36 | Oxunub: 560