• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Səfirdən son dəqiqə Zəngəzur dəhlizi AÇIQLAMASI

    27

    iyn

    Səfirdən son dəqiqə Zəngəzur dəhlizi AÇIQLAMASI

    “İran dəhliz məntiqinə əsaslanan istənilən yol layihəsinin əleyhinədir”.

    Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sobhani danışıb.

    “Zəngəzur dəhlizi adlanan layihə nə Ermənistanın, nə də İranın maraqlarına cavab verir. Bu, bizim üçün qırmızı xətdir. Bu barədə dəfələrlə açıq şəkildə bəyan etmişik və bu mövqeyimizə sadiqik”, - deyə səfir bildirib.

    Sobhani əlavə edib ki, İran bu dəhlizin qəbuledilməzliyi barədə prosesdə iştirak edən bütün ölkələrə məlumat verib və rəsmi Tehran bu məsələdə qətiyyətini dəyişməyəcək.

    Tarix : Dünən, 18:35 | Oxunub: 944