• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkəran, Astara və Masallı rayonlarında həyat iflic oldu - qar səbəbi ilə əhali işıqsız qaldı

    14

    yan

    Lənkəran, Astara və Masallı rayonlarında həyat iflic oldu - qar səbəbi ilə əhali işıqsız qaldı

    Cənub bölgəsinin rayonları işıqsız qalıb.

    Ekologiya.az xəbər verir ki, Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

    Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır.

    Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb.

    Əsas yollar texnikaların vasitəsilə qardan təmizlənsə də, digər küçələrdə aşan ağac və dirəklər yollarda hərəkəti dayandırıb. Qar səbəbi ilə bu rayonlarda digər probiləmlerin də yarandığı deyilir.

    Tarix : 14-01-2024, 14:40 | Oxunub: 1 912