Goranboyda yola qum səpən maşın qəzaya düşüb.


Unikal-ın xəbərinə görə, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib.


Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.


Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Əfqan Həbib oğlu Qafarov çoxsaylı bədən xəsarətləri alıb.


Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.