• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir

    31

    iyl

    Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir

    Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.

    Ekologiya.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

    "Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - Hacıyev yazıb.

    O vurğulayıb ki, 2020-ci ildən bəri Ermənistanın quraşdırdığı minaların qurbanı 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi olub. "Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir", - o əlavə edib.

    Tarix : 31-07-2025, 09:40 | Oxunub: 1 576