• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda binanın lifti qırıldı: xəsarət alanlar var

    17

    yan

    Bakıda binanın lifti qırıldı: xəsarət alanlar var

    Bakıda yaşayış binasında lift qırılıb.

    Ekologiya.az  APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

    İlkin məlumata görə, dörd nəfər xəsarət alıb.

    ***

    16.01.2024-cü il tarixində saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

    Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

    Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 

    Tarix : 17-01-2024, 09:15 | Oxunub: 1 679