• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Mercedes" markalı avtomobil körpüdən aşdı - Yaralılar  var

    14

    dek

    "Mercedes" markalı avtomobil körpüdən aşdı - Yaralılar var

    Xudat şəhərində "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsində 4 nəfər xəsarət alıb.

    Ekologiya.az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, dekabrın 14-də saat 09:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1987-ci il təvəllüdlü (kişi cinsli), 2013-cü il təvəllüdlü (kişi cinsli), 1979-cu il təvəllüdlü (kişi cinsli) və 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslər tibb müəssisəsində müalicə almaqdan imtina ediblər.//APA

    Tarix : 14-12-2024, 18:02 | Oxunub: 1 152