• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən həftə 156 mina və 517 partlamamış hərbi sursat zərərsizləşdirilib

    06

    okt

    Ötən həftə 156 mina və 517 partlamamış hərbi sursat zərərsizləşdirilib

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 29 sentyabr – 5 oktyabr tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

    ANAMA-dan Ekologiya.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 82, tankəleyhinə 74 mina və 517 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Ötən həftə ərzində 1432,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

    Tarix : 6-10-2025, 14:29 | Oxunub: 880