• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis silah-sursat aşkarladı

    18

    dek

    Polis silah-sursat aşkarladı

    Polis qanunsuz silahlarla bağlı tədbirləri davam etdirir.

    Ekologiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər həyata keçirilir.

    Belə ki, dekabrın 17-si polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunmuş bölgələrdə 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Tarix : 18-12-2025, 11:55 | Oxunub: 1 328