• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

    24

    dek

    Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

    Bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.

    Bildirilir ki, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.

    Ekologiya.az məsələni dəqiqləşdirməyə çalışıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov saytımıza açıqlamasında bildirib ki, bununla bağlı hökumətin qərarı yoxdur:

    “Gələcəkdə nə olacaq, onu bilmirəm. Hələ ki, belə bir qərar yoxdur. Əgər qərar verilərsə, bu, mütləq Nazirlər Kabinetinin saytında olacaq və mətbuatda da yayılacaq”.

    Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.

    Tarix : 24-12-2025, 15:20 | Oxunub: 1 568