• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

    31

    yan

    76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

    AYNA-dan Ekologiya.az-a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

    Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

    Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

    Tarix : 31-01-2026, 17:45 | Oxunub: 1 824