• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • SOCAR: Küləkli hava şəraitinə görə istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

    04

    fev

    SOCAR: Küləkli hava şəraitinə görə istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

    Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Ekologiya.az bildirir ki, bu barədə "Azneft"dən məlumat verilib.

    Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

    Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

    Tarix : 4-02-2026, 12:13 | Oxunub: 1 016