• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı kompleks nəzarət tədbirləri görülür

    04

    fev

    ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı kompleks nəzarət tədbirləri görülür

    "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür.

    Ekologiya.az-ın xəbərinə görə, bu barədə ADY-dən bildirilib.

    Qurumun məlumatına görə, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.

    "Sərnişinlərimizi platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə etməklə keçməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.

    Tarix : 4-02-2026, 14:41 | Oxunub: 1 528