Qeyri sabit hava nə vaxta kimi davam edəcək?
Azərbaycanda qeyri-sabit hava şəraiti sabah səhərədək davam edəcək.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək", - məlumatda qeyd olunub.