• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyənin zəlzələ bölgəsində tikilən kənd evlərinin birinci mərhələsi fevralın 6-da təhvil veriləcək

    01

    fev

    Türkiyənin zəlzələ bölgəsində tikilən kənd evlərinin birinci mərhələsi fevralın 6-da təhvil veriləcək

    Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş vilayətlərdə tikilməkdə olan polad kənd evlərinin birinci mərhələsi fevralın 6-da təhvil veriləcək.


    AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki sosial media hesabında məlumat paylaşıb.


    Nazir kənd evlərinin görüntüsünü paylaşaraq yazıb: “Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”.

    Tarix : 1-02-2024, 09:00 | Oxunub: 1 552