• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda zəhərlənmədən 7 nəfər ÖLDÜ

    05

    fev

    Azərbaycanda zəhərlənmədən 7 nəfər ÖLDÜ

    Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.

    KTM-dən Musavat.com-a verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

    Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

    Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib, onlardan 6-sı kişi, 1-i qadın olub.

    Tarix : 5-02-2024, 16:34 | Oxunub: 1 555