• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və təbii sərvətlər naziri fevralın 9-da İsmayıllıda vətəndaşları qəbul edib

    10

    fev

    Ekologiya və təbii sərvətlər naziri fevralın 9-da İsmayıllıda vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 9-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.


    Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, qəbuldan əvvəl nazir və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.


    Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

    Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

    Tarix : 10-02-2024, 12:31 | Oxunub: 2 340