Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni orta səviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür.
“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”, - deyə dövlətimizin başçısı bildirib.