• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Mən təbiətin dostuyam” adlı maarifləndirici tədbir keçirilib

    06

    okt

    “Mən təbiətin dostuyam” adlı maarifləndirici tədbir keçirilib

    Ekologiya.az xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində “Mən təbiətin dostuyam” adlı interaktiv tədbir keçirilib.

    Tədbir zamanı məktəblilər üçün hazırlanmış “Uşaqlar üçün təbiətdə davranış qaydaları”na həsr olunmuş maarifləndirici təqdimat nümayiş etdirilib. Məktəblilərə yaşıllıqların, bioloji müxtəlifliyin qorunmasının vacibliyi, tullantıların düzgün idarə olunması, o cümlədən təbiətdə davranış qaydaları barədə geniş məlumat verilib.

    Ətraf mühitə diqqət, təbiətə sevgi və marağın artırılması məqsədi daşıyan tədbirdə uşaqların sualları cavablandırılıb. Sonda əyləncəli musiqili proqram təşkil olunub.

    Tarix : 6-10-2023, 22:20 | Oxunub: 2 189